köhnə palan içi sökmək

bax köhnə palan içi açmaq
köhnə palan içi açmaq
köhnə plastinkanı qurmaq
OBASTAN VİKİ
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həftə İçi qəzeti
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. Əhalisi 3699 nəfərdir.
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Köhnə Hindkəndi
Köhnə Hindkəndi (az-əbcəd. کؤهنه هیندکندی‎, fars. هندی‌کندی قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 206 nəfər yaşayır (67 ailə).
Köhnə Kotam
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 110 nəfərdir. Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Köhnə Pinakotek
Köhnə Pinakotek (alm. Alte Pinakothek‎) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi. Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir.
Köhnə Pirçəm
Köhnə Pirçəm (az-əbcəd. کؤهنه پیرچم‎, fars. پرچم قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Əhalisinin sayı 40 nəfərdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 625 nəfərdir.
Köhnə dudman
Köhnə dudman — 1927-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yazdığı tarixi dram (dramatik dilogiya) . Qəhrəman Pərviz xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır. "Köhnə dudman" tamaşası Haqverdiyevin ikinci tarixi oyunudur. Yazıda yazıçı, ədəbi tənqidçi Kamran Məmmədovun 18-ci əsrin feodal lordu Pərviz xanın, onun insan alveri və kəndlilərin zülmünü göstərmişdir. Əhverdiyev, həmçinin, Badal, Eldar, Rəşid və xüsusilə Allahqulu kimi, üsyançı kəndlilərin, intiqam üçün bir susuzluqla cəlb edilmiş döyüşçü kəndlilərin təsvirini yaratmışdır. "Azərbaycan Sovet ədəbiyyatı tarixinin təsviri" (Moskva, 1963) adlı kitabın müəlliflərinə görə, "Köhnə dudman" dramı "kəndlilərin burjua sahibləri sisteminə qarşı mübarizəsi" ilə bağlıdır. Bu oyunda, "Ağacın kölgəsində" adlı oyunla yanaşı, mərkəzi müsbət görünüş Axverdinin erkən əsərlərindən daha inandırıcıdır .
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi mes.mctgov.az.
Köhnə univermaq
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. Əsas təsərrüfatı heyvandarlıq idi.
Köhnə Çəçqab
Eski Çäçqab — Tatarıstan Respublikası Kaybiç rayonunda kənd. Əhalisi 463 nəfərdir (2010), tatarlar. Kazandan 100 km cənub-qərbdə yerləşir.
Köhnə Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Köhnə Şəki
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Köhnə Ənzər
Köhnə Ənzər (az-əbcəd. کؤهنه انذر‎, fars. انذر قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 279 nəfər yaşayır (88 ailə).
Köhnə rejim
Köhnə rejim (fr. Ancien Régime) və ya inqilabaqədərki Fransa — Fransada təxminən XVI əsrin sonu - XVII əvvəlindən mövcud olan və Böyük Fransa inqilabına qədər davam edən siyasi və sosial-iqtisadi rejimi xarakterizə edən tarixşünaslıq termini. Fransız tarixçisi P. Huberin yazdığı kimi, “Köhnə rejimin monarxiyası Fransanın XVI əsrin ikinci yarısında dağılmasına səbəb olan vətəndaş müharibələrində yaranmışdır.” Bununla belə, onun bəzi xüsusiyyətləri daha əvvəl yaranmışdır.